Material: paslanmaz polad;
Diametri: 28 sm;
Qazanın ölçüsü: 28 x 9 sm / 5 litr;
Layların ölçüsü: 28 x 8 sm – 3 ədəd;
Komplektə daxildir: qazan, 3 ədəd qat, şüşə qapaq.
Mantı qazanın materialı 18/10 (304 markalı) Xrom- Nikel
xəlitəsindən ibarət paslanmaz poladdandır. Mantı qazanı
parlaq cilalanmış səthə malikdir. Erqonomik, istilik
keçirtməyən paslanmaz qulplarla mantı qazanını rahat
istifadə edəcəksiniz. Mantı qazanı istifadə edərkən qazan
hissəsinə suyu əlavə edib qaynadılır, sonra istədiyiniz sayda
layları qoyub yeməklərinizi bişirə bilərsiniz. Qazan hissəsində
qaynayan su buxarlanaraq laylarda olandəliklərdən çıxaraq
yeməklərinizi rahat bişməsinə kömək edir. Mantı qazanında
mantı, düşbərə hazırlamaqla yanaşı, həmçinin tərəvəz, ət,
balıq, diyetik yeməklərinizi də hazırlaya bilərsiniz. Mantı qazanı
vasitəsilə yeməklərinizi yağsız bişirə bilərsiniz. Mantı qazanı bütün
növ sobalarda (qaz, elektrik, induksiya və s.) istifadə etmək olar.
XƏBƏRDARLIQ: İlk istifadədən əvvəl qaynar su və qab şampunu
ilə təmiz yuyulmalıdır. Təmizlik zamanı sərt metal vasitələrdən
istifadə etmək olmaz.