“Səyyar-A” satdığı bütün mallara 1 il zəmanət verir.
Ümumi müddəalar:
Məişət texnikanızın uzun illər Sizə xidmət etməsini istəyirsinizsə, onun təmirini və ya ehtiyyat hissələrinin
dəyişdirilməsini peşəkar məişət texnikası servisinə həvalə etməyiniz mühüm şərtdir.“Səyyar-A” şirkəti bütün
məhsullarına 1(bir) il zəmanət və ya zəmanətdən sonrakı təmirə 6(altı) ay zəmanət verir! Şirkətimizdə
zəmanəti bitmiş məhsulların ödənişli təmiri həyata keçirilir.Bunun üçün siz 928 qaynar xəttini yığıb qeydiyyata
düşə bilərsiniz.Bizə müraciət edin və biz, bizdən əldə etdiyiniz məhsullarınızın Sizi daha uzun illər razı salması
üçün bütün imkanlardan istifadə edək!Bizim təcrübəmiz və peşəkarlığımız illərlə müşahidə olunub və
uzunmüddətli müştərilərimiz öz tanışlarına və dostlarına bizi West məişət texnikasının təmirinin ən yaxşı servis
mərkəzi kimi tövsiyə ediblər. “Səyyar-A” şirkətinin servis mərkəzinin mütəxəssisləri məişət texnikasının təmiri
sahəsində böyük təcrübəyə malikdirlər.Bizim mütəxəssislərin uğuru avadanlıqların yüksək dəqiqlikli
diaqnostikasıdır və bu da məişət texnikasının xarabolma səbəblərinin təyin edilməsinin və təmir üsulunun
seçilməsinə daha geniş imkanlar yaradır. Biz, Sizə məişət texnikanızın bütün xidməti müddətində servisini
təklif edirik.Siz zəmanət müddətində, ustanın iş saatlarında, avadanlıqların istehsalçının günahı üzündən
zədələnməsi halında çağırış üçün pul ödəmirsiniz. Təmir “Səyyar-A” şirkətinin servis mərkəzində həyata keçirilir.
Məişət texnikası təmir edən ustada bütün lazımi alətlər mövcuddur ki, bu da məişət texnikası sahibini həmin
alətləri əldə etmək üçün lazım olan əlavə xərclərdən azad edir və yerində təmiri həyata keçirir. Məişət
texnikasının təmirinin evdə həyata keçirilməsi mümkün olmadıqda servis mərkəzində maksimum qısa vaxt
ərzində həmin təmirihəyata keçiririk. Bu zaman məişət texnikasının servis mərkəzinə çatdırılması və təmirdən
sonra ünvana çatdırılması bizim nəqliyyat vasitəsi ilə ödənişsiz həyata keçirilir.
Bizim xidmətlərimiz:
Bizdən əldə etdiyiniz bütün malların təmiri.
Təmir üçün onlayn müraciət:Biz, Sizə “Səyyar-A” şirkətinin 928@seyyar-a.com elektron poçt ünvanına sorğu
göndərmək imkanını da təklif edirik.Bu zaman aşağıdakı məlumatların təqdim edilməsi vacibdir: 1. Adı, soyadı,
şəhər, küçə, evin və mənzilin nömrəsi; 2. Əlaqə nömrələri; 3. Müqavilənin seriya nömrəsi; 4. Problemin qeyd
edilməsi. Bütün məlumatlar məxfi olaraq qorunacaqdır və sizin sorğunu yerinə yetirmək üçün istifadə
olunacaqdır. Bu zaman Sizə müəyyən dəqiqləşdirici suallar verilə bilər.Biz bu məlumatlardan istisna olaraq
sorğu ilə iş zamanı istifadə edirik. Biz sizin şəxsi məlumatlarınızın qorunmasında cavabdehlik daşıyırıq. Biz
müştərilərimizin şəxsi məlumatlarının qorunmasının normativ hüquqi aktlarını izlənilməsini təmin etmək üçün
texniki və təşkilati tədbirləri qəbul etmişik.
Bizim servis xidmətinin üstünlüyü:
Biz Azərbaycanın bütün bölgələrində məişət texnikasının zəmanətli və zəmanətdən sonrakı təmirini həyata
keçiririk. Biz görülmüş xidmətlərimizə zəmanət veririk.Biz məişət texnikasının təmirini zavod istehsalı olan
ehtiyat hissələri və komplektlərindən istifadə etməklə həyata keçiririk.
Bizim məqsədimiz:
Müştərilərimizə daha tez, keyfiyyətli və etibarlı xidmət göstərmək. Bizə etibar etdiyinizə görə Sizə təşəkkür edirik
və biz həmişə sizinlə əməkdaşlıq etdiyimizə görə şad olacağıq!
Qeyd: Satışda olan malların ehtiyat hissələrini də ödənişli şəkildə şirkətimizdən əldə edə bilərsiniz.